Fatih Terim transfer siyahısını açıqladı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim qış transfer pəncərəsində almaq istədikləri oyunçuların adlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis Superliqanın 18-ci turunda “Gəbclərbirliyi” ilə matçdan (6:0) sonra keçirilən mətbuat konfransında bu haqda danışıb. O, “Başakşəhər”dən İrfan Can Kahveci və Edin Viskanı, “Zamalek”dən Mostafa Mohamedi komandasında görmək istədiyini deyib.

Həmçinin Terim “aslanlar”da icarə əsasında çıxış edən Henri Onyekurunu “Monako”dan birdəfəlik transfer etməyi planlaşdırdıqlarını da deyib.

Qeyd edək ki, “Qalatasaray” Superliqanın turnir cədvəlində 33 xalla 2-ci yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right