“Yuventus” “Sassuolo”nun futbolçusu Manuel Lokatellini transfer etməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçinin agenti Stefano Kastelnuovo da Turin təmsilçisinin futbolçunun keçidi üçün danışıqlar apardığını təsdiqləyib.
Qeyd edək ki, Lokatelli bu mövsüm A Seriyasında 15 oyuna çıxıb və 2 qol vurub.