Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Amsterdam təmsilçisi İngiltərənin “Vest Hem” klubundan Sebastian Halleri heyətinə qatıb. Bu barədə “Ayaks”ın mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli forma ilə edəcək.