“Neftçi” - “Keşlə” matçının məkanı və saatı açıqlandı

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun məkanı və başlanma saatı müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, yanvarın 14-də "Bakcell Arena”da baş tutacaq "Keşlə” ilə görüş saat 16:00-da start götürəcək.
 
Oyunun "Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.
 
Qeyd edək ki, yanvarın 4-də təlim-məşq toplanışına başlayan flaqman ilk sınaq matçını ayın 10-da "Kəpəz”ə qarşı keçirəcək. Gəncə təmsilçisi ilə matç saat 15:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right