"Napoli"nin hücumçusu koronavirusa yoluxdu

"Napoli"nin hücumçusu Viktor Osimhen koronavirusa yoluxub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçu 31 dekabrda ölkəsindən qayıtdıqdan sonra test verib. Onun koronavirus testi müsbət çıxıb. 22 yaşlı oyunçunun karantinə alındığı bildirilib.

Qeyd edək ki, Osimhen bu mövsüm İtaliya A seriyasının 6 matçında iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right