Fatih Terimin cəzası azaldıldı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssisin cəzası 5 oyundan 4 matça endirilib.

Bundan başqa, ona verilən pul cəzası da azaldılıb. 67 yaşlı mütəxəssis 55 min 500 lirə yox, 42 min 500 lirə ödəyəcək.

Terim "Karagümrük" - "Qalatasaray" oyununda (2:1) hakimin ünvanına xoşagəlməz ifadələr dediyi üçün cəzalandırılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right