“Beşiktaş”ın prezidenti 2-ci dəfə koronavirusa yoluxdu

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi ikinci dəfə koronavirusa yoluxub.
 
Newsport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, 61 yaşlı funksionerin koronavirus testinin müsbət çıxdığı bildirilib. Xəstəxanaya yerləşdirilən klub prezidentinin 1 həftə orada müalicə alacağı diqqətə çatdırılıb.
 
Çebi, bundan əvvəl may ayında da koronavirusa yoluxmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right