Arveladze ilin ən yaxşı baş məşqçisi seçildi

Özbəkistanda 2020-ci ilin ən yaxşı baş məşqçisi məlum olub.
 
Newsport.az xəbər verir ki, bu, gürcüstanlı mütəxəssis Şota Arveladzedir. Bu barədə Özbəkistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Arveladze ardıcıl 2-ci dəfə Özbəkistanda ilin məşqçisi seçilib.
 
Şota, “Paxtakor” klubu ilə bu il Özbəkistan kubokunu və Super Liqasını qazanıb. 47 yaşlı mütəxəssis bir neçə gün əvvəl klubdan ayrıldığını açıqlayıb.
 
Arveladze, 2017-ci ildən “Paxtakor”da çalışdırdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right