PSJ Tuxeli onunla əvəzləyir

PSJ-nin istefaya göndərdiyi deyilən baş məşqçisi Tomas Tuxelin əvəzləyicisi müəyyənləşib.
 
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi Maurisio Poçettino ilə anlaşıb.
 
Məlumata görə, Paris klubu 48 yaşlı mütəxəssislə üç illik müqaviləyə imza atacaq. Poçettinonun qış transfer dövründə “İnter”dən ayrılacağı dəqiqləşən Kristian Erikseni də Fransaya aparmaq istədiyi bildirilir.
 
Poçettino son olaraq “Tottenhem”də çalışıb.
 
PSJ-nin baş məşqçi postuna namizədlər arasında son olaraq “Yuventus”u çalışdıran Massimiliano Alleqrinin də adı çəkilir.
 
Mətbuatda Tuxelin istefaya göndərildiyi deyilsə də, klub bu məlumatı təsdiqləməyib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right