"Arsenal" bu mövsümün sonu Premyer Liqanı tərk edəcəyi təqdirdə, futbolçuların maaşlarında ciddi azalma ola bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, London təmsilçisi elitada qalmasa, maaşlarda 25 faiz azalma olacaq.
"Arsenal"ın ölkə çempionatında hazırda 14 oyundan sonra 14 xalı var və komanda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. London təmsilçisini liqanı tərk etmə zonasından 4 xal ayırır.