“Trabzonspor”un sabiq prezidenti Özkan Sümer dünyasını dəyişib. Newsport.az xəbər verir ki, o, 83 yaşında koronavirusdan vəfat edib.
Özkan Sümer futbolçu kimi “Trabzonspor”da çıxış edib. O, həmçinin “Trabzonspor” və “Qalatasaray”da məşqçi kimi çalışıb.