Türkiyə Super Liqasında XIII tur davam edir.
Newsport.az saytının məlumatına görə, günün bütün görüşlərində penalti təyin olunub.
“Hatayspor” səfərdə “Göztəpə”ni 11 metrlik nöqtədən vurulan qolla məğlub edib.
“Trabzonspor”un “Rizəspor”u yendiyi matçda hər komanda bir belə şansdan yararlanıb. “Yeni Malatyaspor” isə iki penalti ilə “Kasimpaşa”nı üstələyib.
“Fənərbağça” “Qaziantep”ə uduzub. Bu görüşdə də qollardan biri 11 metrlik nöqtədən vurulub.
19 dekabr
“Göztəpə” – “Hatayspor” – 0:1
Qol: Diuf, 60 (pen.)
“Trabzonspor” – “Rizəspor” – 2:1
Qollar: Ekuban, 53 (pen.), Canini, 65 – Şkoda, 36 (pen.)
“Yeni Malatyaspor” – “Kasimpaşa” – 2:0
Qollar: Büyük, 45 (pen.), 56 (pen.)
“Qaziantep” – “Fənərbağça” – 3:1
Qollar: Vetri, 10, Maksim, 40 (pen.), Özər, 90 – Pelkas, 24