"Milan" Türkiyə millisinin üzvü ilə danışıq aparır

"Milan" "Şalke"nin futbolçusu Ozan Kabakı transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, "rossoneri" 20 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Transferin qışda reallaşacağı ehtimal edilir.

Türkiyə millisinin üzvünün "qırmızı-qaralar"a keçidinin 23-25 milyon avroya başa gələcəyi bildirilir.

2019-cu ilin yayından "Şalke"də çıxış edən Ozan bu mövsüm Bundesliqada 7 oyuna çıxıb. Müdafiəçi Türkiyə millisində də 6 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right