Millimizdə oynamaq istəməyən futbolçu klubundan qovuldu

"Kayserispor" qış fasiləsi yaranmamış bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi yarımmüdafiəçi Hasan Hüseyin Acarla vidalaşmaq qərarına gəlib.

Maraqlıdır ki, dünən 26 yaşı tamam olan yarımmüdafiəçi ilə məhz doğum günündə müqaviləyə xitam verilib. O, 2018-ci ildən "Kayserispor"da çıxış edirdi.

Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right