"Fənərbağça" 1/8 finalda, "Trabzonspor"dan vida Türkiyə kubokunda sensasiya

Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

Newsport.az-ın məlumatına görə, ötən gün daha 5 oyun keçirilib. "Fənərbaxça" öz meydanında 2-ci liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Bununla da "Fənərbaxça" 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Fənərbaxça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə 1-ci liqa təmsilçisi "Adana Demirspor"a penaltilərdə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb.

“Qaziantep” – “Kocaelispor” – 3:2
Qollar: Kozulj, 39, Mirallas, 65, Maksim, 82 – Bahattin Köşe, 15, Cerem Dincer, 88

“Trabzonspor” – “Adana Dəmirspor” – 2:2 (pen. 3:4)
Qollar: Uqo, 55, 90+3 – Yunus Akgün, 47, Mehmet Akyüz, 79

 

 

 

<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"=""> “Fənərbaxça” – “Karacabəy Bələdiyyəspor” – 1:0
Qol: Onur Özcan, 11 (avtoqol)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right