“Milan”ın iki futbolçusu sıradan çıxdı

İtaliyanın “Milan” klubu iki ciddi itki ilə üzləşib.
 
Newsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçuları İsmael Bennaser və Matteo Qabbya zədələnib.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hər iki futbolçu “Milan”ın A Seriyasının 11-ci turu çərçivəsində “Parma”ya qarşı keçirdiyi oyunda zədələnib.
 
Qabbya və Bennaserin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
“Milan” – “Parma” matçı 2:2 hesabıyla bitib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right