UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

Türkiyəli referi Cüneyt Çakır Çempionlar Liqasında qrup mərhələsinin 6-cı tur oyununa təyinat alıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, F qrupunun  "Latsio" (İtaliya) - "Brügge" (Belçika) görüşünün baş hakimi olacaq. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd  edək ki, sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right