Millətlər Liqasının V turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının bir üzvündə koronavirus aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Monteneqro millisinin mətbuat xidməti məlumat yayıb. Adı açıqlanmayan həmin futbolçusun karantinə alındığı bildirilib.
Boyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç" stadionunda keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.