"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalmayıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı hücumçunun növbəti testi müsbət nəticələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bu səbəbdən ulduz futbolçunun Çempionlar Liqasında "Barselona"ya qarşı II tur oynunu buraxacağı bildirilir.
Ronaldo oktyabrın 13-də koronavirusa yoluxub.