Kamerunlu hücumçu "Beşiktaş"da

"Beşiktaş" "Portu"nun hücumçusu Vinsent Abubakarı transfer edib.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, kamerunlu futbolçu tibbi müayinədən keçib və İstanbul təmsilçisi ilə sözləşmə imzalayıb.

 

Hücumçu dizindən aldığı ağır zədəyə görə son iki mövsüm keçirdiyi 21 oyunda 6 qol vurub. Abubakar 2016/17 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. 28 yaşlı futbolçu İstanbul təmsilçisinin Super Liqa çempionu olduğu mövsümdə keçirdiyi 38 qarşılaşmada 19 qol vurub, 4 məhsuldar ötürmə etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right