"Arsenal"dan "Torino"ya keçir

İtaliyanın "Torino" klubu "Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyranı transfer etməyə hazırlaşır.

 

Newsport.az xəbər verir ki, Turin təmsilçisi uruqvaylı futbolçunun keçidi üçün London təmsilçisinə 24 milyon avro təklif edib.

 

A Seriya təmsilçisi 12 milyon avronu bu mövsüm, qalan 12 milyon avronu isə növbəti mövsüm ödəmək fikrindədir. Tərəflər arasında danışıqların bu həftə yekunlaşacağı və transferin baş tutacağı gözlənilir.

 

"Topçular" 24 yaşlı futbolçunu 2018-ci ildə "Sampdoriya"dan 28 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right