Kompani karyerasını başa vurdu

İngiltərənin "Mançester Siti" klubunun keçmiş müdafiəçisi Vensan Kompani karyerasını bitirib.

 

Newsport.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən mövsüm Belçikanın "Anderlext" klubunda oynayan-məşqçi olub. Belçikalı futbolçu bundan sonra məşqçi kimi çalışacaq.

 

Belçika millisinin keçmiş üzvü "Anderlext"in yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Kompani 2006-2008-ci illərdə "Hamburq", 2008-2019-cu illərdə "Mançester Siti"də çıxış edib. O, 4 dəfə İngiltərə çempionu olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right