"Lukaşenkonun diktator rejimi qüvvədə olduğu müddət millidə oynamayacağam" belaruslu futbolçu

Moskva ÇSKA-sının hücumçusu İlya Şkurin Belarus millisində oynamaqdan imtina edib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı hücumçu "Instagram" hesabında Belarus prezidenti "seçilən" Aleksandr Lukaşenkonun istefa verməyəcəyi halda, qərarını dəyişməyəcəyini qeyd edib:

"Sosial şəbəkədə millinin geniş siyahısına salınacağımı öyrəndim. Buna görə də cavabımı yazıram: Lukaşenkonun diktator rejimi qüvvədə olduğu müddət milli komandanın maraqlarını təmsil etməkdən imtina edirəm. Yaşasın Belarus!"

Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti "seçilib". Xalq diktator rejimə qarşı olduğu üçün Minsk və digər şəhərlərdə etirazlar edir. Aksiyalarda bir çox idmançı da iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right