Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Ruy Patrisiu ("Vulverhempton"), Sexio Regilon ("Sevilya"), Yonass Vin ("Kopenhagen") və Junior Moraes ("Şaxtyor") yer alıb.
Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.