"Fergüssonla tanışlıq Papa ilə görüşə bərabər idi"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"in sabiq çalışdırıcı Aleks Fergüsson haqda danışıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Fergüssonla ilk görüşünü xatırladıb: "Tanış olduğum ilk şotlandiyalı mütəxəssis idi. Birlikdə yemək yedik. O, bu görüşümüzü nə qədər xatırlayır bilmirəm, amma mənim çox yaxşı yadımdadır. Fergüssonla tanışlıq Papa (red - Roma Papası) ilə görüşə bərabər idi".

Xatırladaq ki, Y.Klopp İngiltərə Məşqçilər Birliyi tərəfindən ölkədə ən yaxşı məşqçi seçilib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right