İngiltərə çempionu "Liverpul"dan ayrılan Adam Lallananın yeni klubu bəlli oldu.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi "Brayton"a keçib. İngiltərə millisinin keçmiş üzvü yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək.
Təcrübəli oyunçu ilə 3 illik müqavilə imzalanıb.
"Liverpul" ingilis futbolçunu 2014-cü ildə "Sauthempton"dan 25 milyon funt-sterlinqə transfer etmişdi.