"Milan" İbrahimoviçi saxlamaq üçün danışıqlara başladı

"Milan" mövsümün sonunda müqaviləsi başa çatacaq Zlatan İbrahimoviçi komandada saxlamaq istəyir.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Stefano Piolinin istəyi ilə 38 yaşlı hücumçu ilə danışıqlara başlanılıb. "Qırmızı-qaralar" isveçli hücumçuya illik 4 milyon avro maaş verməyə hazır olsa da, təcrübəli futbolçu 6 milyon tələb edib.

Bu səbəbdən də danışıqların ilk mərhələsi uğursuz alınıb.

İbrahimoviç qış fasiləsində "Milan"a keçib və keçirdiyi 18 oyunda 8 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right