Millinin həkimi koronavirusun yenildi

Futbol üzrə Ukrayna milli komandasının və “Metallist-1925” klubunun həkimi Anton Xudayev vəfat edib.
 
Newsport.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Bir müddət əvvəl koronavirusa yoluxan Xudayevin ürəyi dayanıb. Virus həkimin ağciyərinin 70 faizini sıradan çıxardığından o, süni tənəffüs aparatına qoşulmuşdu.
 
Anton Xudayev 20 ildən çox idi ki, “Metallist-1925”-də çalışırdı. O, 2016-cı ildən Ukrayna milli komandasının həkimi idi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right