Yaya Ture İngiltərə klubu ilə məşq edir

“Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture yeni klub axtarışındadır. Newsport.az xəbər verir ki, təcrübəli oyunçu hazırda ikinci liqa təmsilçisi “Leyton Orient” komandası ilə birgə məşq edir.

İngiltərə mətbuatı 37 yaşlı yarımmüdafiəçinin fiziki gücünün zəif olduğunu yazır. Turenin komanda ilə məşqlərdə formasını bərpa edib, özünə ölkə xaricində klub tapacağı bildirilir.

Üç dəfə Premyer Liqa çempionluğu yaşamış təcrübəli futbolçunun son komandası Çinin “Çindao Xaynyu” klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right