Gürcüstan millisinin baş məşqçisi məğlubiyyətə görə hakimləri ittiham etdi

Gürcüstanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Qoça Avsajaniaşvili UEFA-nın İnkişaf turniri çərçivəsində Bakıda millimizə 1:2 hesabı ilə məğlub olduqları görüşün hakimlərindən narazı qalıb.

Gürcü mütəxəssis qarşılaşmadan sonra Newsport.az saytına verdiyi açıqlamada bunları deyib: “Oyuna siz də baxdınız. Əvvəl bizdə də belə olurdu. Hakimlər yerli komandaya kömək edirdilər. Lakin ölkədən kənara çıxanda təmiz hakimlik olur və bu zaman istədiyin nəticəni qazana bilmirsən. Buna görə də biz gürcü hakimlərə tapşırdıq ki, bizə kömək etməsinlər. Bu hakimlikdirsə, mənim deyəcək sözüm yoxdu”.

“Azərbaycan millisinə məğlubiyyəti yalnız hakimliklə əlaqələndirirsiz” sualını Avsajaniaşvili belə cavablandırıb: “Təbii ki.Mən sizin baş məşqçi T.Həsənova da dedim bu barədə,referi qapımıza penalti təyin etdi. Üstəlik, 20 dəqiqə 10 nəfərlə oynadıq. Oyunçumuz topu kənara vurur, cəzalanır. Eyni addımı sizin futbolçu edərkən isə hakim üzünü çevirir başqa səmtə özünü görməməzliyə vurur”.

Bununla belə, Gürcüstanın baş məşqçisi yığma komandamız haqda müsbət fikirlər də səsləndirib: “Azərbaycan millisi yaxşı komandır. Komandanızın heyətində çox yaxşı futbolçular var. Bilirəm ki, gələn il bu komanda Bakıda keçiriləcək Avropa çempionatında çıxış edəcək. Onlara uğurlar arzu edirəm”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right