Pirlo "Yuventus"a məşqçi təyin edilir

İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo “Yuventus” klubunda çalışacaq.

Newsport.az “Sky Sport Italia” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futbolçu Turin təmsilçisinin U-23 komandasının baş məşqçisi təyin edilir. Məlumata görə, rəsmi açıqlama yaxın günlərdə veriləcək.

“Napoli”nin U-19 və İtaliya millisinin gənclərdən ibarət yığmasının sabiq baş məşqçisi Roberto Baroninin isə Pirloya köməkçi-məşqçi təyin ediləcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right