Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Kristof Jalle karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, cinah müdafiəçisi 37 yaşında futbolla vidalaşıb.
Fransalı oyunçu son olaraq "Amyen"də çıxış edib. Aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və komanda aşağı liqaya düşüb.
Kristof Jalle 2012/2013 və 2013/2014 mövsümündə PSJ ilə ölkə çempionu olub. Mudafiəçi 2012 - 2017-ci illərdə Fransa yığmasının formasını geyinib.