"Liverpul" "Everton"la bacarmadı

İngiltərə Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Newsport.az 
xəbər ki, ötən gün daha iki görüş keçirilib. "Çelsi" səfərdə "Aston Villa"dan üstün olub - 2:1. Əzəli rəqiblər "Everton"la lider "Liverpul"un oyununda isə qapılara qol vurulmayıb. Karlo Ançelottinin gəlişindən sonra müdafiədə inamlı təsir bağışlayan meydan sahibləri güclü rəqibindən də qol buraxmayıb.

Bu nəticələrdən sonra "Liverpul" 83 xalla 1-cidir. "Mançester Siti" (60) 2-ci, "Lester" (54) 3-cü, "Çelsi" (51) 4-cü, "Mançester Yunayted" (46) 5-cidir.


21 iyun

İngiltərə Premyer Liqası, 30-cu tur

"Aston Villa" - "Çelsi"  - 1:2
Qollar: Hause, 43 (1:0), Pulişiç, 60 (1:1), Jiru, 62 (1:2)

"Everton" – "Liverpul" - 0:0


22 iyun
 
23:00. "Mançester Siti" – "Bernli"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right