Novruzovun komandası yenə məğlub oldu

Futbol üzrə Estoniya çemponatında 8-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Tammeka” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 8 turdan sonra 2 xalla sonuncu pillədədi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right