"Karşıyaka" millimizin müdafiəçisi Mahir Şükürovla bağlı yeni qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, əsas komandadan kənarlaşdırılan təcrübəli müdafiəçi əvəzedici heyətə göndərilib. Bu barədə İzmir klubunun baş məşqçisi Ayhan Akmanın rəhbərlik etdiyi məşqçilər korpusu qərar verib.
Buna onun yığmamızın düşərgəsindən 3 gün gec qayıtması səbəb olub. Nəticədə, Mahir klubun gənclərdən ibarət komandasına göndərilib. O, eyni zamanda pul cəriməsi də ödəməli olacaq.