Rüfət Dadaşovun komandasından Corc Floyda dəstək

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerikanın “Foneks Rizinq” komandası Corc Floydun ölümünə təkpi göstərib. Newsport.az klub saytına istinadən xəbər verir ki, oyunçular məşq zamanı “haqsızlığa və irqçiliyə qarşıyıq” şüarını səsləndiriblər.

Bildirilir ki, futbolçular insanları irqçiliyə qarşı  birlikdə mübarizə aparmağa çağırıb və etiraz edən təbəqənin yanında olduqlarını vurğulayıblar.

Qeyd edək ki, 10 gündən çoxdur Amerikada bir polisin Corc Floydu öldürməsinin ardından ayrıseçkiliyə qarşı kütləvi etrirazlar davam edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right