Millimizin üzvü 5-7 həftə oynamayacaq

"Real"la oyunda zədələnən milli komandamız və "Qranada"nın futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, köhnə zədəsini yeniləyən yarımmüdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Tibbi müayinədən keçən 22 yaşlı futbolçunun təxminən 5-7 həftə oynaya bilməyəcəyi açıqlanıb. Belədə yığmamızın üzvü "Selta", "Almeriya", "Sevilya", "Valensiya", "Espanyol", "Qetafe" və "Kordoba" ilə oyunlarda iştirak etməyəcək. İsrafilovun "Real Sosyedad" və ya "Atletiko" ilə oyunlara qədər sağalacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right