Çexiyada I Divizionda 19-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya Jijkov" "Xrudim"i qəbul edib və 0:1 hesabı ilə uduzub. Start heyətdə meydana çıxan Nəbiyev 82-ci dəqiqədə əvəzlənib.
"Viktoriya Jijkov" 32 xalla 6-cı yeri tutur.