Qahirədə “Liverpul”un və Misir millisinin futbolçusu Məhəmməd Salahın maskalarından istifadə edərək, qarətçilik etməyə çalışan dəstə saxlanılıb.
Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Misirin paytaxtındakı mağazanı qarət etməyə çalışan 4 nəfər polislər tərəfindən yaxalanıb. Onların hamısı üzlərini gizlətmək üçün Salahın maskasından istifadə edib.