Futbolçular maaş endiriminə razılıq verdilər

PSV futbolçuların məvaciblərini azaldıb.

Newsport.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, əsas komandanın üzvləri maaşlarında endirim edilməsinə razılıq veriblər. Bununla bağlı sağ cinah müdafiəçisi Denzel Dumfries komanda yoldaşları adından klub saytına açıqlama verib: “Paltardəyişmə otağında birlik çox önəmlidi. Bunu bacardığımız üçün qürur duyuram”.

Niderlandda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan 2019/20 mövsümü erkən başa çatdırılıb, liqalarda çempion elan edilməyib, bütün klublar yarışdıqları liqalarda saxlanılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right