Koronavirus pandemiyasına görə dayandırılan Sloveniya çempionatının bərpa olunacağı vaxt məlum olub.
Newsport.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Milli çempionatın iyunun 5-də qaldığı yerdən davam etdiriləcəyini açıqlanıb. Oyunlar azarkeşsiz keçiriləcək.
Sloveniya kubokunda yarımfinal qarşılaşmaları iyunun 9-10-na, final görüşü isə ayın 24-nə təyin olunub.
Qeyd edək ki, Sloveniyada çempionatlar martın əvvəlindən koronavirusa görə dayandırılmışdı. Geridə qalan 25 tur ərzində 50 xal toplayan “Olimpiya” (Lyublyana) liderdir.