UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün bərpa tarixi açıqlanıb. Newsport.az “Marca”ya istinadən xəbər verir ki,1/8 final mərhələsinin cavab oyunlarına avqustun 7-də start veriləcək.
Məlumata görə, ilk gün "Mançester Siti" - "Real " və "Yuventus" - "Lion" matçları keçiriləcək. "Barselona" - "Napoli” və "Bavariya" - "Çelsi" qarşılaşmaları isə avqustun 8-də baş tutacaq.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.