İbrahimoviç cərimələnə bilər

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç vətəni İsveçdə cərimələnə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, 38 yaşlı hücumçu Milana qayıtmazdan əvvəl paytaxt Stokholmu 1.6 milyon funt sterlinq dəyərində olan Ferrari Monza SP2 avtomobili ilə gəzib.

Məlum olub ki, həmin avtomobilin lisenziyası martın 30-u başa çatıb. Avtomobilini qanunsuz idarə edən oyunçunun cərimələnə biləcəyi vurğulanıb.

Qeyd edək ki, dünyada cəmi 500 ədəd olan  Ferrari Monza SP2  avtomobilini Zlatan ötən payız 38 yaşı münasibəti ilə özünə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right