İngiltərə yığmasının futbolçusu silahlı soyğuna məruz qaldı

“Tottenhem”in və İngiltərə yığmasının yarımmüdafiəçisi Dele Alli silahlı soyğuna məruz qalıb. Newsport.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri xəbər verib.

Mənbənin yazdığına görə, soyğunçular gecə oyunçunun evinə soxulublar, onu bıçaqla hədələyiblər və üzündən vurublar. Evdə Alli, qardaşı və daha bir neçə nəfər olub.  

Qeyd olunur ki, futbolçunun mənzili videomüşahidə sistemi ilə təchiz edilib. Artıq müvafiq materiallar araşdırmaya başlayan polisə göndərilib.

İngiltərə çempionatı koronavirus infeksiyası pandemiyası səbəbindən dayandırılıb. "Tottenhem" 29 turdan sonra səkkizinci sıradadır, aktivdə 41 xal var. Alli səkkiz qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right