“Tvente”də baş məşqçi ayrılığı

Niderlandın “Tvente” klubu baş məşqçisi Qonsalo Qarsiya ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, klub, 37 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qarsiya və köməkçiləri ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə yenilənməyəcək.

Qarsiya keçən ilin mayından “Tvente”ni çalışdırırdı. Komanda cari mövsümdə koronavirus pandemiyası səbəbiylə erkən tamamlanan çempionatı 14-cü yerdə bitirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right