"Çelsi"ni "Tottenhem"ə dəyişir

"Çelsi"nin futbolçusu Villian İngiltərədə klubunu dəyişə bilər.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı oyunçu ilə "Tottenhem" maraqlanır. Bildirilib ki, Villian artıq baş məşqçi Joze Mourinyo  ilə keçidi barədə danışıb və razılığa gəlib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 28 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi iyunun 30-u başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right