Trent Aleksander-Arnold: "Ceydon Sanço "Liverpul" gəlsə, çox sevinərəm"

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold "Borussiya"nın vingeri Ceydon Sançonun "qırmızılar"a mümkün transferi barədə danışıb.

 

Newsport.az xəbər verir ki, o, 20 yaşlı futbolçunun xüsusi istedada sahib olduğunu deyib:

 

"Sanço bizə gəlsə, komanda daha yaxşı vəziyyətə gələr. Bu transfer gerçəkləşsə, çox sevinərəm. Onunla İngiltərə millisində oynamışam və çox xüsusi istedada sahib olduğunu deməliyəm".

 

Sanço 2017-ci ildən Dortmund klubunda çıxış edir. O, "Mançester Siti" və "Uotford"un gənclər komandasında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right