“Çelsi" hücumçusu Temmi Abrahamla müqaviləni uzatmaq niyyətindədir. Newsport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bildirilir ki, London klubu futbolçuya illik 8 milyon avro maaşla 2025-ci ilə qədər müqavilə təklif edib. Hazırda danışıqların davam etdiyi qeyd edilir. Abrahamın “Çelsi” ilə müqaviləsi 2021-ci ilə qədərdir.
Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsümdə Premyer Liqada 25 oyun keçirib və 13 qol vurub.