"Lester Siti" "Lill"in ulduzunu hədəfə aldı

"Lester Siti" yay transfer planını cızır.

 

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi nigeriyalı hücumçu üçün transfer büdcəsi ayırıb. "Tülkülər" 21 yaşlı forvardın keçidi üçün 60 milyon funt-sterlinq ödəməyə hazırdır.

 

Komandanın baş məşqçisi Brendan Rocers Ceymi Vardinin 33 yaşında olduğunu nəzərə alaraq, gənc oyunçunun transferini tələb edib.

 

Nigeriya millisinin üzvü ilə "Mançester Yunayted", "Çelsi" və "Everton" da maraqlanır.

 

Osimhen bu mövsüm 38 oyunda 18 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right