Müqavilə ilə "Tottenhem"ə məxsus olan, hazırda icarə əsasında "Nyukasl"da oynayan Denni Rouz koronavirusla mübarizə zamanı Londondakı tibb işçilərinə dəstək olub.
Newsport.az "The Sun"a istinadən xəbər verir ki, bu məqsədlə o, tibb işçiləri üçün 100 pizza sifariş verib.
Qeyd edək ki, D.Rouz bu ilin qışından icarə əsasında "Nyukasl"da çıxış edir.